Aşağı ətraf venalarının varikoz xəstəlikliyi

Kombinə olunmuş flebektomiya

Kombinə olunmuş flebektomiya

Kombinəolunmuş flebektomiya və onun alternativləri.
Əvvəllər tətbiq olunan flebektomiya əməliyyatı isə bu günkü günümüzə qədər gəlib çatıb və indi də vena damarlarının əməliyyatı zamanı tətbiq olunur. Krossektomiya əməliyyatı ən vacib etaplardan hesab edilir və bu özlüyündə bir əməliyyat sayılır( tromboflebitlər zamanı). Krossektomiya zamanı qasıq hissədə olan patoloji venalar-venoz damarlar xaric edilir. Krossektomiya əməliyyatı maksimum kosmetoloji şəkildə həyata keçirilir. Bunun səbəbi isə qasıq hissədə limfaların olmasıdır. Qasıq büküşü nahiyəsində olan venaların genişlənməsi residiv verən xəstəlik olduğu üçün həmin hissənin damarlarını” işləyərkən” xaricdə çapıq izləri qala bilir.

Flebektomiyanın ikinci etapı dərialtı vena və vena axarlarının xaric edilməsidir(strippinq). Bu əməliyyat ultrasəs nəzarəti altında markerin proyeksiyası ilə həyata keçirilir. Klassik flebektomiya əməliyyatı Bebkok üsuluna əsaslanaraq zondla həyata keçirilir. Bu zaman venaya metal zond yeridilir və damar zonda bağlanır və zondla birlikdə dartılır. Əlavə olaraq dərialtı venaların böyük qan axını olan damarları xaric edilir. Bu əməliyyat bu günümüzdə həyata keçirilirsə də onun bir sıra çatışmazlıqları da meydana çıxır. Bu çatışmazlıq özünü venoz axarlarının və komunikant venaların, limfatik kollektorların və dərialtı sinirlərin zədələnməsi şəklində özünü biruzə verir.

Varikoz venaların genəlməsi zamanı əməliyyat olunacaq nahiyənin markerlə proyeksiyası çəkilir və əməliyyat ultrasəs aparatı vasitəsilə izlənir. Ultrasəslə nəzarət etmək genişlənmiş vena üzərində aparılan əməliyyat zamanı ətraf damarların da xaric olunmasını asanlaşdırır. Dərialtı kiçik venaların genişlənməsi adətən budun arxa-orta hissəsində əmələ gəlir, sonra isə iri axın damarı meydana çıxıb, dəri səviyyəsinə qalxır. Kiçik dərialtı venalarda dəri sinirləri yerləşir və  əksər xəstələrdə  genişlənmə arxa böyük sinirin aşağı və ya yuxarı hissəsində meydana çıxır. Bu zaman sinirlər zədələndiyinə görə xəstələrdə əsəb gərginlikləri meydana çıxır. Buna görə də müalicə zamanı müasir invaziv  və daxili damar reflyuksları aradan qaldırmaq vasitələri tətbiq edilir.