Aşağı ətraf venalarının varikoz xəstəlikliyi

Rəngli Doppler (aşağı ətraf venalarının)

Rəngli Doppler (aşağı ətraf venalarının)

Aşağı ətrafların damarlarının dopler müayinəsi

Klinikamızın diaqnostika şöbəsində tədqiqatlar ixtisaslanmış diaqnostiklər tərəfindən, müasir avadanlıqlar köməyi ilə aparılır.
Ayaq damarlarının Dopler müayinəsi üsulu qan axınının intensivliyini, damarlarda və toxumalarda dərhal yarana biləcək potalogiyaların mövcudluğunu təmin etməyə imkan verən yüksək informativ bir diaqnostik prosedurdur. Dopleroqrafiyanın əsaslarıreal zamanda əks olunur. Eyni zamanda, müasir avadanlıqların istifadəsi, informasiyanın kəmiyyət və qrafik baxımdan alınmasına imkan yaratdı.

Damarların dupleks skanlaşdırılması dopleroqrafiya ilə birgə, venoz klapanların düzgün işləməməsini, müxtəlif damarların zədələnməsinin və qüsurlarının, trombozların müxtəlif etiologiyasının ilkin mərhələdə aşkar olunmasına şərait yaradır. Prosedurun nəticəsi olaraq, hekim damarlarda daralmaların varlığı və yerləşməsi, və yaxud damarlarda keçməməzliklərin mövcudluğu barədə dəqiq məlumat ala bilir. Dopleroqrafiya trombların, parietal damartromblarının və xroniki iltihab prosesinin yaranma səbəblərini aşkar edəcək. Bundan əlavə, klinikamızın həkimləri mütləq sürətdə xəstənin qan axınının strukturunun fizioloji xüsusiyyətlərini tədqiq edib, yaranan anomaliyalarıda ortaya çıxaracaqlar. Bu informasiyanı istifadə edərək, həkim-fleboloq, xəstənin adekvat halını təyin edib, müalicə rejimini qura biləcək. “İnnovativ Vaskulyar və Podiatrik Mərkəzdə” paytaxtın təcrübəli damar cərrahları konsultasiyalar keçirirlər və ehtiyac olan halda cərrahi müdaxilələr aparırlar. 
Cərrahi xidmətlərin tam siyahısı ilə burada tanış ola bilərsiz: 
Venoz damarların Dopleri.

Göstəricilər:
Ayaq damarlarının USM yerinə yetirməyi tələb edən əsas simptomlar :
  • Kəskin şişkinlik və toxuma şişməsi
  • Dəri üzərində xoraların meydana gəlməsi və baldır nahiyəsində açıq-qəhvəyi ləkələrin əmələ gəlməsi 
  • Barmaqların və ya tam ətrafın tez-tez hissiyatını itirməsi, və onlarda iynələmə hissinin yaranması
  • Əzələ hipotensiyası, atrofiya 
  • Hissiyatın itməsi və davamlı olaraq ayaqlarda soyuqluq hissinin yaranması
  • Yorğunluq və aşağı fiziki zəiflik səbəbiylə artan ağrı
  • Dərinin yuxarı qatında genişlənmiş damarlar və damar formalaşmaları.
Yuxarıda göstərilən simptomlardan birinin və ya bir neçəsinin əmələ gəlməsi, mütəxəsis yanına müraciyyət etmə səbəbi olmalıdır. Xəstəliyi görməzdən gəlməyin və bizim mərkəz ilə əlaqə saxlayıb “Fleboloq konsultasiyasına” yazılın. Hətta təsvir olunan simptomlar olmasa da, keçmişdə infarkt, insult, hipertoniya və diabet kimi xəstəlikləri keçirən insanlar da periodik olaraq dopleroqrafiyadan keçməlidilər.  Hamilə qadınların və uzun müddət tütün məhsulları istifadə edən şəxslərində müayinədən keçməsi məsləhətdir. Həmçinin, tez-tez bu müayinələr xəstənin keçirdiyi terapiyanın effektivliyini müəyyən etmək məqsədilə də keçirilir.

Müayinənin qedişatı :
Diaqnostika üçün yaş məhdudiyyəti yoxdur. Yeganə tələb, xəstənin lazım olan vəziyyəti alıb ən azı 25-30 dəqiqə bu vəziyyəti saxlaya bilmə qabiliyyətinin olmasıdır. Bu tip USM orta davamiyyəti bu qədər vaxt tələb edir. Bu prossedur tam ağrısız və disskomfort hissi yaratmadan keçirilir. Buna görə də zəruri hallarda məktəbəqədər dövrdə olan xəstələrə də tətbiq edilə bilər. Bundan əlavə bu prosedur xüsusi hazırlıq tələb etmir, yalnız tütün məhsulları və içkidən uzaq olmaq şərti istisna olmaqla.

Niyə məhz bizim mərkəzdə  müayinədən keçmək daha yaxşıdır?
Aşağı ətrafların dopleroqrafiyası müasir və inovativ bir üsuldur. Məlumatların mümkün qədər etibarlı olmasını təmin etmək üçün, müayinə həm kiçik, həm də böyük venaların və damarları bərabər dəqiq şəkildə təhlil edə biləcək müasir avadanlıqlarla həyata keçirilməlidir.