Digər Xidmətlər

Döyənəklərin çıxarılması

Döyənəklərin çıxarılması

Döyənəkləri necə müalicə etmək lazımdır(quru döyənəklər) Azərbaycan ərazisində döyənəklər aşağıdakı üsullarla müalicə olunur: * tibbi pedikür * krioterapiya * lazerlə müalicə Tibbi pedikür Müalicə kosmetoloqun iştirakı ilə həyata keçirilir. Bu zaman müxtəlif aparatlardan istifadə edilir. Bu üsul döyənəklərin təmizlənməsi istiqamətində aparılır. Əvvəlcə döyənək olan hissə iki dəfə bor məhlulu ilə işlənir. Bu zaman işlənmə yerinin kiçik diametrli olmasına çalışılır. Prosedur zamanı qan olmamalıdır. Prosedur ağrısız keçir və pasientə müntəzəm olaraq döyənək olan hissəni vanna etmək tapşırılır.

Krioterapiya
Krioterapiya döyənəyin azot mayesi ilə ləğv edilməsidir. Bu üsul döyənək dərin ölçüdə olduğu zaman tətbiq edilir. Krioterapiya zamanı döyənək rəngi və qoxusu olmayan azot mayesi ilə silinir. Bu zaman döyənək bir neçə gündən sonra təmizlənir. Müalicə ağrısız və cuzi xoşagəlməz hissiyyatla başa çatır. Prosedur zamanı sağlam dəri zədələnir və yaraya infeksiya düşmə riski olur. Buna görə də prosedurdan sonra döyənək təmizlənən nahiyəyə həssaslıqla yanaşmaq və yara yerinə qulluq etmək lazımdır.

Döyənəyin lazerlə xaric edilməsi.
Mazolun lazerlə xaric edilməsi ən effektli və ağrısız üsullardan biri hesab edilir. Bu müalicənin aşağıdakı müsbət tərəfləri var: * prosedur zamanı qan olmur * müalicənin müddəti bir neçə dəqiqə olur * yerli keyləşdirmə tətbiq olunduğuna görə ağrı hissi olmur * bir neçə seans müddətində müalicə kursu başa çatır * prosedurdan sonra ayağa qalxıb aktiv həyat tərzinə davam etmək olur Lazer müalicəsində qısa bir müddət sonra döyənək yerində yeni dəri əmələ gəlir. Əgər döyənək daha dərindirsə o zaman tamamilə xaric edilir. Bu zaman prosedurdan sonra profilaktika tədbirləri həyata keçirərək yenidən döyənəyin əmələ gəlməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Bir neçə həftə xüsusi sarğı qoymaqla da dərinə qədər işləyən döyənəkdən xilas olmaq mümkündür. Bu zaman isə döyənək yerində ağırlaşmanın əmələ gəlməməsi üçün sarğılar qoyulur. Lazer terapiyası quru mazollardan xilas olmaq üçün ən ucuz vasitələrdən hesab olunur. Bu qısa bir zamanda quru döyənəkdən xilas olmaq üçün ən yaxşı vasitə hesab edilir. Ona görə də sağlamlığın qeydinə qalmaq üçün pula qənaət etmək lazım deyil. Lazerlə müalicədən sonra döyənək yerində heç bir iz qalmır, ətraf toxumaya zərər dəymir, yara yerinə infeksiya düşmək riski olmur. Amma, lazer müalicəsinə də əks göstərişlər vardır. Şəkərli diabet xəstəliyindən və onkoloji xəstəliklərdən əziyyət çəkənlərə bu prosedur tətbiq olunmur. Dərisində müxtəlif zədə və yara olan insanlara da lazer vasitəsi ilə döyənəklərdən xilas olmaq məsləhət görülmür. Mazollardan xilas olmaq üçün əvvəlcə həkim podiatra müraciət etmək lazımdır. O, döyənəyi olan pasiyentlərə müalicə üçün nə etmək lazım olduğunu izah edir. Sonradan yeni döyənəklərin əmələ gəlməməsi üçün də hansı prosedurların tətbiq ediləcəyinə həkim qərar verir. Qeyd etmək lazımdır ki, döyənəklər tez-tez əmələ gələ bilir. Əgər onun yaranması vaxtında aşkar edilərsə ondan asanlıqla xilas olmaq mümkün olur. Vacib məqam rahat və keyfiyyətli ayaqqabı seçməkdir. Əgər döyənək əmələ gəlibsə o zaman mütləq həkim məsləhətinə qulaq asmaq lazımdır. Bu ağırlaşmaların əmələ gəlməsinin qarşısını alır. Prosedurun professional olaraq və effektli şəkildə həyata keçirilməsi pasientdə bir çox problemlərin əmələ gəlməsinin qarşısını alır.