Xroniki yaralar

Trofiki yaraların diaqnostikası və müalicəsi

Trofiki yaraların diaqnostikası və müalicəsi

Trofik yaralar
Yer kürəsi əhalisinin iki milyondan çox əhalisi ayaqlarda (daban və topuqlarda) əmələ gələn trofik yaralardan əziyyət çəkir. Bu xəstəlik dərinin epitel və bazal membranının iltihabi səbəblərdən yaranmış dərin deffekti ilə xarakterizə olunur. Trofik yaralar səbəbindən yumşaq toxuma məhv olur. Bu patologiya dəridə əmələ gələn yaralardan sonra çapıqların qalması ilə başa çatır. Müasir tibb elminin inkişaf etməsinə baxmayaraq ayaqlarda trofik yaraların əmələ gəlmə səbəbi hələ də tam aydınlaşmayıb. Bunun səbəbi əsasən toxumalarda qidalanmanın pozulması və həmin nahiyədə trofik yaraların əmələ gəlməsi üçün şərait yaranmasında görülür. Bu isə orqanizmin müdafiə qüvvəsi aşağı düşdüyünə görə yaraların bərpa etmə qabiliyyətinin olmaması səbəbindəndir.

Trofik yaralar və onların xüsusiyyəti
Bütün növ trofik yaralar ayaqlara qan axını fəaliyyətinin pozulması və epitel hüceyrələrin lazım olan qədər qidalanmaması səbəbindən meydana çıxır. Belə ki, ayaqlarda qan dövranı normal olmadıqda qidalanma azalır və epitel hüceyrələr məhv olur. Yaraların birincili olaraq meydana çıxması qidalanma çatışmazlığı səbəbindən baş verir. Trofik yaraların bir neçə növü ayırd edilir: * venoz yaralar * arterial yaralar( aterosklerotik) * diabetik yaralar( şəkərli diabet fonunda meydana çıxan) * Martorella və ya hipertonik yaralar * piogen (infeksion) yaralar.

Arterial(aterosklerotik)yaralar
Bu yaralar topuğun yumşaq toxumalarında işemiya baş verdiyi zaman meydana çıxır. Yaranın əmələ gəlməsi magistral (əsas) arteriyanın zədələnməsi ilə əlaqəli olur. Arterial yaralar adətən ayaqlarda donmalar oluqda, sərt ayaqqabı geyinən zaman və dəri tamlığı pozulduğu zaman meydana çıxır. Bu tip trofik yaralar adətən pəncənin alt və ya yan hissəsində, baş barmağın altında və ya dabanın alt hissəsində meydana gəlir. Yaralar kiçik ölçüdə, yarımdairə şəklində, sərt ətraflara malik olub, irinlə müşahidə edilir. Yaranın kənarlarında olan dərinin rəngi solğunlaşır və sarı olur. Aterosklerotik yaralara adətən yaşlı adamlarda rast gəlinir. Bu yaralara meyilli olan xəstələr gəzinti zamanı və ya pilləkan qalxdıqda ayaqlarında ağrı hiss edir və xəstələrdə yüngül axsama baş verir. Onların ayaqlarında daima donma hissi olur, xəstələrin ayaqları həmişə üşüyür və gecələr ağrıyır. Xəstəliyin bu mərhələsində müalicə olunmadıqda isə trofik yaralar meydana çıxır.

Venoz yaralar
Bu tip trofik yaralar əsasən dabanın üst və ya içəri, arxa və yan tərəflərində meydana çıxır. Arxa yan tərəflərdə meydana çıxan trofik yaralara nadir hallarda rast gəlinir. Yaralar aşağı ətraflarda venoz qanın normal dövran etməməsi səbəbindən baş verir. Bu yaralar varikoz xəstəliyinin ağırlaşmaları kimi də yarana bilir. Venoz yaralar əmələ gəlməzdən əvvəl ayaqlarda aşağıldakı əlamətlər meydana çıxır: * ayaqlarda ağırlıq hissi, ayaqlarda aşağıya doğru dartılma hissi * gecə saatlarında ayaqlarda baş verən qıcolmalar * daban hissədə göynəmə hissi və həmin yerdə venaların genişlənməsi * aşağı hissələrdə daima göy məxməri ləkənin əmələ gəlməsi, zamanla bu ləkənin bənövşəyi rəng alması və ləkə sahəsinin genişlənməsi * xəstəlik inkişaf etdikdə dəri örtüyünün yumşaq və parıltılı olması

Xəstəliyin ilkin mərhələsində dəridə açıq çəhrayı rəngdə yumşaq parafinə bənzər pambıq kimi qabarıqlıq əmələ gəlir. Bu zaman müalicə almadıqda bir neçə gün müddətində kiçik yara əmələ gəlir və proqressivləşir. Yara əvvəlcə dəri toxumasını, sonra isə əzələni və hətta sümük toxumasını da zədələyir. Yara iltihablaşdıqda irin xüsusi qoxuya malik olur. Venoz trofik yaralar vaxtında və düzgün müalicə olunmazsa o zaman ağır xəstəliklərə ( limfodenit, limfa damarlarının geridönməz böyüməsi müxtəlif iltihabi xəstəliklər və s.)səbəb ola bilir. Bəzi hallarda isə sepsis ağırlaşması meydana gəlir ki, bu da xəstənin ölümünə səbəb olur.

Diabetik yaralar
Şəkərli diabet bir çox ağırlaşmalara səbəb olan xəstəlikdir. Bu ağırlaşmalar içərisində trofik yaralar da var. Şəkər xəstələrində trofik yaralar əmələ gəlməzdən öncə aşağı ətraflarda hissiyyat pozğunluqları meydana çıxır. Bu isə aşağı ətrafların son nahiyələrində sinir uclarının zədələnməsi səbəbindən baş verir. Bu zaman xəstələrin ayaqları daima üşüyür və onlar ayaqlarını sanki soyuq suyun içərisində hiss edirlər. Xəstələrin ayaqlarında gecə ağrıları meydana çıxır və məcburi axsaqlıq baş verir. Diabetik trofik yaralar adətən baş barmağın alt hissəsində əmələ gəlir. Nadir hallarda isə pəncə və daban hissələrdə də əmələ gələn diabetik yaralara rast gəlinir. Bu yaralar arterial yaralardan daha dərin və böyük olur. Diabetik yaraları digər trofik yaralardan fərqləndirən cəhət onun təhlükəli olmasıdır. Belə ki, diabetik yaralar qanqrenaya və ayağın amputasiyasına gətirib çıxarır. Diabetik yaraların əmələ gəlmə səbəblərindən biri isə ayaqlarda angiopatiyanın əmələ gəlməsidir.

Neyrotrofik yaralar
Bu yaraların əməl gəlmə səbəbi başın və ya onurğanın travma almasıdır. Bu yaralar adətən dabanın yan hissələrində meydana çıxır. Yara dərin qayıq şəklində olur, sümüyə qədər gedir, əzələ toxumasını zədələyir. Dəri altında yaranın ölçüsü hiss olunmur və orada irin toplana bilir. Bu irin xüsusi qoxuya malik olur və yaranın yayıldığı nahiyədə toxuma öz hissiyyatını itirir.

Hipertonik yaralar (Martorella)
Bu yaralara nadir hallarda rast gəlinir.Yaralar yüksək arterial təzyiqin damarlarda əmələ gətirdiyi spazmlar səbəbindən meydana gəlir. Yaralara əsasən 40 yaşından yuxarı qadınlarda rast gəlmək olur. Yara əmələ gəlməzdən öncə dəridə qırmızı parlaq papula meydana çıxır və zəif ağrılı olur. Hipertonik yaraları digər yaralardan fərqləndirən xüsusiyyət onların simmetrik olmasıdır. Belə yaralar tədricən inkişaf edir, bədənin hər iki eyni nahiyəsində əmələ gəlir, gecə-gündüz ağrılarla xəstəyə əzab verir. Belə yaralar bakterial yoluxmaya meyilli olurlar.

Piogen yaralar
Piogen yaralar immunitetin aşağı düşməsi səbəbindən meydana gəlir. Bu yaralar frunkulyoz, follikulit, irinli ekzema və s. bu kimi xəstəliklərlə özünü biruzə berir. Xəstəlik əsasən aşağı sosial şəraitdə yaşayanlar arasında meydana cıxır. Gigyena qaydalarına düzgün əməl edilmədikdə də bu xəstəliklərlə rastlaşmaq mümkündür. Piogen yaralar tək və ya çoxlu sayda əmələ gələ bilir, oval şəkildə və orta dərinlikdə olur.
Yaraların müalicəsi.

Trofik yaralar hər pasientin özünəməxsus olaraq müalicə edilir. Bu yaraların əmələ gəlmə səbəblərindən və dianozun qoyulmasından asılı olaraq tətbiq olunur. Əvvəlcə xəstədə sitoloji, histoloji, bakterioloji və bir çox müayinələr aparılır, instrumental müayinə üsullarından istifadə olunur. Dəqiq dianoz qoyulduqdan sonra isə müalicə aparılır. Müalicə dərman və cərrahi yolla tətbiq edilir. Kompleks müalicə üsullarına yerli müalicə də əlavə olunur. Yaraya müxtəlif kompreslər qoyulur, yara antiseptiklərlə işlənir, məlhəmlər sürtülür, epitel toxumanın bərpa olunması üçün tədbirlər görülür. Xəstəliyin müalicəsində xalq təbab ətindən və fizioterapevtik müalicə üsullarından da istifadə olunur.
Cərrahi üsulla yaraların müalicəsi.

Yara dərinləşərsə iltihab ocağı cərrahi yolla xaric edilir. Buna aiddir: * küretaj və vakkumla müalicə * VAC – terapiya (vakkum müalicəsi) - aşağı təzytiqlə (-125mm.c.süt) yaranın müalicə olunması. Bu ən sürətli və effektli müalicə üsuludur. Bu zaman irinli zona xaric olunur yara ətrafındakı və dərinliyindəki şişkinlik azalır, aşağı yumşaq toxumalara qan yaxşı axaraq mikrosirkulyasiya sürətlənir və yeni qranulyasiya formalaşır. Bu müalicə zamanı ağırlaşma qeyd olunmur, yaranın daxildən sağalması prosesi başlayır və yarada bakteriya və viruslara qarşı bariyer xüsusiyyəti əmələ gəlir. * Katerezasiya venoz hipertrofik və bir çox trofik yaraların sağalması istiqamətində aparılan ən yaxşı müalicə üsullarından biridir * Ən çox tətbiq edilən müalicə üsullarından biri də " virtual amputasiya"dır. Bu zaman yara pəncə sümüyünə zədə vurmamaq şərti ilə rezeksiya edilir. Bu əməliyyat zamanı təzyiqin yüksək olma və sümük toxumasına infeksiya düşmə problemi həll olunur. * Martorella sindromu (hipertonik yara) dəri altına venoz-arterial fistul qoyulması ilə tətbiq olunur. Əməliyyat yaranın ətraf hissəsində aparılır.

Dərman müalicəsi
İstənilən növ cərrahi müdaxilədən əvvəl dərman müalicəsi aparılır. Müalicə dərmanların kefiyyətindən və trofik yaranın növündən, hansı ağırlıqda olmasından asılı olur. Dərman müalicəsi bir-neçə mərhələdə tətbiq olunur. Birinci mərhələdə (yaranın əmələ gəlmək istədiyi zaman) aşağıdakı dərman müalicəsi tətbiq edilir: * geniş spektrə malik antibiotiklər * ketoprofen və diklofenak kimi iltihabəleyhinə dərman vasitələri( qeyri steroidlər) * vena daxilinə pentoksifillin və reopoliqlükin tərkibli antiaqreqantlar * allergiya əleyhinə dərman vasitələri * Bu dövrdə yerli müalicə dərinin epitel toxumasının zədələnməməsinə və bakteriyaların çox inkişaf etməməsinə səbəb olur. * Yara furosillin, marqans, xlorheksidin, təmizləyici dəmləmələrlə( çobanyastığı və ya yatıqqanqal), antiseptiklərlə yuyulur. * Müalicəvi məlhəmlərlə sarğının qoyulması(diosikol, levomikol, streptolaven və s.). Müalicə zamanı karbonet(sorulma prosesini sürətləndirmək üçün)adlı xüsusi sağıdan da istifadə edilir.