Diabetik ayaq sindromu

Şarko pəncəsi (diabetik osteoartropatiya)

Şarko pəncəsi (diabetik osteoartropatiya)

Diabetik osteoartropatiya və ya Şarko pəncəsi – şəkərli diabet xəstəliyinin ağırlaşmasıdır. Xəstəlik özünü sümükdə osteoporoza bənzəyən( sümüklərin davamlı olaraq əyilməsi), osteolizis(sümük toxumasının tamamilə əriməsi), hiperostoz(sümüyün kortikal təbəqəsinin dağılması)əlamətləri ilə biruzə verir.

Şarko pəncəsinin əmələ gəlməsi sümükdə çoxlu sayda sınıqların əmələ gəlməsinə, sümüyün düzgün olmayan səmtə doğru əyilməsinə, çatlamasına və nəticədə deformasiyaya uğramasına səbəb olur.

Dekompensasiya olunmuş şəkərli diabetdən əziyyət çəkən xəstələrdə(insulindən asılı olan, insulindən asılı olmayan) zamanla neyropatik ağırlaşmalar meydana çıxır. Bu ağırlaşmaların fonunda isə pəncə sümüklərində sınmalar baş verir.
Pəncə əyilməsinin səbəbi neyropatiya səbəbli meydana gələn iltihabi yaralara qan axınının çoxalması və çoxlu miqdarda kalsiumu sümüklərdən təmizləməsi səbəb olur. Bu zaman sümüklər zəifləyir kövrəkləşir və asanlıqla sınır.

Şarko pəncəsinin iki mərhələsi ayırd edilir.
Birinci mərhələ kəskin mərhələ olub sınmalarla müşayət olunur. Bu zaman pəncə-daban nahiyəsində  iltihabi proses inkişaf edir və həmin hissədə istilik meydana çıxır. Bu zaman xəstənin tempraturu 38-39*-ə qədər yüksələ bilir, amma, ayaqlarda ağrı hissi olmur. Buna görə də xəstə pəncə sümüklərində baş verən sınmanı hiss eləmir və xəstə ayağı üstündə gəzməyə davam edir. Sonralar isə başqa nahiyələrdə sınmalar meydana çıxır və zamanla pəncə deformasiyaya uğramağa başlayır. Birinci mərhələni müalicə etmək mümkündür.

İkinci mərhələ müalicə tədbirləri həyata keçirildiyi zaman baş verir.  Bu mərhələdə sınmış sümüklər düzgün deformasiya səbəbindən öz quruluşunu dəyişdirir. Bu səbəbdən də oynağın hərəkət keyfiyyəti azalır və pəncə yastılaşaraq yastıayaqlılıq formalaşır. Bu zaman isə praktiki olaraq pəncənin əvvəlki formasını bərpa etmək mümkün olmur.

Şarko pəncəsi xəstəliyinə diaqnozun qoyulması
Şarko pəncəsi xəstəliyi çətin diaqnoz qoyula bilən xəstəliklərdəndir. Amma, bu xəstəliyin müalicəsinə tez başlamaq lazım gəldiyi üçün diqqətli olmaq və kiçik bir dəyişiklik olan zaman həkimə müraciət etmək lazımdır.

Xəstəlik əsasən şəkərli diabeti olanlarda meydana çıxır. Qanda şəkərin normada olduğu zamanlar xəstəliyin ağırlaşma riski sıfıra bərabərdir. Diabet zamanı Şarko pəncəsi  xəstəliyi inkişaf etməyə başlarsa o zaman qanda şəkərin miqdarını normada saxlamamaq xəstəliyin inkişaf etməsinə səbəb  olur.
Şarko pəncəsi xəstəliyinin müalicəsi
Şarko pəncəsi xəstəliyi zamanı xəstə ayağa dinclik vermək lazımdır. Xəstəliyin sağalması aylarla davam edə bilir. Xəstəlik zamanı qoltuq ağacları ilə gəzmək məsləhət görülür.
Xəstəyə infeksiyanın qarşısını almaq üçün antibakterial müalicə təyin edilir
Sümük əriməsinin qarşısını almaq üşün preparatlar qəbul edilir.
Yaxşı nəticə əldə etmək üçün xüsusi ortopedik ayaqqabı geymək tövsiyə edilir. Bu ayaqqabı sınmaların qarşısını alır və pəncənin deformasiyasını dayandırır.
Nəzərə almaq lazımdır ki, Şarko pəncəsi sindromu ağır, uzunmüddətli və yanlız lazım olan müalicə üsullarını tətbiq etməklə yüngülləşən bir xəstəlikdir. Xəstəlik əlamətlərinin aradan qalxması üçün isə təyin edilən preparatları qəbul etmək, qanda şəkərin miqdarını normada saxalamaq və ortopedik ayaqqabı geymək lazımdır.