Aşağı ətraf venalarının varikoz xəstəlikliyi

Hamilələrdə varikozun profilaktikası

Hamilələrdə varikozun profilaktikası

Ən ağır dərəcədə olan varikoz xəstəliyi belə hamiləlik üçün əks göstəriş hesab olunmur.
Hamilələrdə varikoz əmələ gəlməsinin səbəbləri venaların varikoz genəlməsi venoz klapanlarlın düzgün olmamasından və venoz damarların zəifliyi, damarların genişlənərək şişkinləşməsi səbəbindən baş verir.Qadınlarda hamiləlik zamanı isə genişlənmiş vena damarları daha geniş sahəni əhatə edərək böyüyür. Adətən hamiləlik zamanı varikoz genəlmə ayaq venalarında meydana çıxır. Bəzi hallarda hamiləlik zamanı xarici cinsiyyət orqanlarında da varikoz genişlənməyə rast gəlmək mümkündür.

Baxmayaraq ki, varikoz genəlmə yanlız kosmetik görüntü yaradır, hamiləlik zamanı isə genişlənmə ağrılara səbəb ola bilir. Mütəxəssislər varikoz əlamətləri olan qadınlara mütləq fleboloq həkimə müraciət etməyi məsləhət görürlər. Çünki, hamiləlik zamanı venaların genişlənməsi hamiləlik zamanı ağırlaşmalara səbəb olub doğuş zamanı ana və uşaq üçün həyatı təhlükə yarada bilər.

Hamilələrdə hansı səbəblər varikozun artmasına səbəb ola bilir?
- Irisi meyillik
- Hamiləliyə qədər vena və kapilyarların torvari olaraq meydana çıxması
- Sürətli çəki artımı və ya artıq çəki
- Az hərəkətli həyat tərzi
- Uzun müddət günəş altında dayanma
- Təkrar  baş verən  hamiləliklər

Hamiləlik zamanı qadın oranizmində hormonal dəyişikliklər gedir. Bu zaman hamilə qadının uşaqlığı venalara təzyiq edir. Belə ki, ayaqlardan qayıdan venoz qan ayaq venalarında çətinliklə hərəkət edir və damarlar genişlənərək patologiya əmələ gətirir. Çəkisi normadan çox olan və təkrar hamiləlik yaşayan qadınların bir çoxunun ayağına güc düşdüyündən dərin venalarda genişlənmə baş verir. Bunların baş verməsində irsi faktorların da rol oynadığını nəzərə alarsaq, o zaman hamilə qadınların profilaktika qaydaların əməl etməsi vacib sayılır. Bir sözlə varikoz xəstəliyinə irsi meyilliliyi, artıq çəkisi olan qadınlar hamiləlikdən əvvəl və hamiləlik zamanı varikoz xəstəliyinin profilaktikasına diqqət yetirməlidir.
Hamiləlıik zamanı varikozun profilaktikası.

Birincisi hamiləlik zaman uzun müddət oturmaq və ya uzun müddət ayaq üstə durmaq məsləhət görülmür. Hamiləlik zamanı uzanaraq  istirahət etməyə vaxt ayırmaq lazımdır. Bu kiçik çanaq orqanları venalarına düşən təzyiqin azalmasına və qan axınının normallaşmasına səbəb olur.
İkincisi  hamiləlik zamanı oturduqda  ayaqları uzadaraq oturmaq məsləhət görülür. Bu qan axınının yaxşılaşmasına səbəb olur.
Üçüncüsü hamiləlik zamanı proqresivləşən varikoz əlamətləri hiss olunan zaman müalicəvi kompressiyon sarğılardan ya corablardan istifadə etmək lazımdır. Bu ayaq geyimləri xüsusi olaraq dərin venalarda qan axınının sürətləndirmək üçün hazırlanıb. Bu geyimləri həkimin göstərişi ilə tibbi avadanlıqlar satılan mağazalardan almaq mümkündür. Geyimlərdən istifadə edildiyi zaman böyük və kiçik damarlarda qan axını normallaşdığına görə dəri və toxumalar yaxşı qidalanır. Bu isə tromb əmələ gəlməsinin qarşısını alır. Kompressiv trikotaj geyim ayaqlara düşən təzyiqi aradan qaldırır, daban hissəyə yük düşməsinin qarşısını alır. Bu corbların gücü ayaqlardakı təzyiqi aşağıdan yuxarıya doğru qaldıraraq ürəyə geri gedib qanın axınının normallaşdırır. Corabı bütün hamiləlik boyu və hamiləlikdən sonrakı 6-8 həftə ərzində geyinmək mümkündür.
Dördüncüsü  hamiləlik zamanı varikoz baş verdiyində qan dövranının yaxşılaşdırmaq məqsədilə davamlı olaraq fiziki hərəkətlər etmək məsləhət görülür.

Fiziki hərəkətlər edən zaman isə müalicə həkimi ilə məsləhətləşmək tövsiyə edilir. Bu varikoz əlamətlərinin proqressivləşməməsi üçün çox vacibdir.

Hamilələrdə varikozun müalicəsi
Yanlız varikoz xəstəliyi ağırlaşdığı zaman hamilələrdə varikoz əməliyyatı tətbiq olunur.
Varikoz xəstəliyi olduqda doğuş  hər bir ehtiyyat tədbirləri çərçivəsində həyata keçirilir. Bu müddət ərzində də varikoz əleyhinə corabları ayaqlardan çıxarmaq məsləhət görülmür. Doğuş zamanı tromb əleyhinə corab geyinmək  trombozun profilaktikasında böyük rol oynayır. Müasir müalicəvi varikoz corabları adi kalkotkalardan və corablardan heç də fərqlənmir. Bu corablar çox keyfiyyətlidir və keyfiyyətini yarım il müddətinə saxlaya bilir.
Qeyd etmək lazımdır ki, hamiləlik zamanı varikoz meydana çıxdıqda doğuşdan sonra damarın ölçüsü əvvəlki ölçüsünə qayırmır.
Əgər sizdə də venaların varikoz gelənməsi varsa o zaman hamiləlik müddətində fleboloq məsləhətinə müraciət etməniz tövsiyə edilir.