İDPM

Məqalələr / Varikoz

Hamiləlikdə varikoz necə yaranır?

Hamiləlikdə varikoz necə yaranır?
Ayaqlardakı vena damarlar venoz qanı ürəyə daşıyır.Bu daşımanın ürəyə qədər davam etməsi üçün damarlarda qapaqcıqlar mövcuddur. Qan yuxarı çıxdıqca qapaqlar bağlanır və qanın geriyə düşərək göllənməsinə mane olur və venoz damarlar şişmir.
Qarının içində ürəyə qədər davam edən venoz damar yolu hamiləlikdə ana qarınındakı körpənin və uşaqlığın böyüməsi və təzyiq etməsi ilə qanın qayıtmasını çətinləşdirir və ürəyə çata bilməyən qan cazibənin də təsiriylə ayaqlarda qapaqcıqlara təsir edir və varikozlar meydana gəlməyə başlayır.
Bu müddətdə hormonal dəyişikliklər səbəbiylə venoz damar divarının gərilməsi, bədəndə artan maye, kilo alımı, bel sümüyündə əyilmə kimi faktorlarda əlavə olunur və hamiləlik boyunca davam edir. Elmi araşdırmalara görə hamiləlikdə varikozun meydana gəlmə riski 60%-ə çatır.
Yuxarıda saydığımız faktorlar xaricində; hamiləlik əvvəli varikoz olması, köklük, çoxdöllü hamiləlik (əkiz, üçüz kimi), varikozdan qorunma tədbirlərinin alınmaması varikozun yaranmasını artırır.
Hamiləlik zamanı müalicə və qorunmanın birlikdə edilməsi lazım olan vəziyyətdə əlavə olaraq uzun müddət ayaq üstə və hərəkətsiz qalması lazım olan vəziyyətlərdə varikoz corabı istifadəsində fayda var.
Hamilelere tövsiyemiz , hamileliyin 2ci trimestri bir defe venoz doppler edilib, venalarinin veziyyetini deyerlendirmekdi. Bu zaman hem de doppler muayinenin neticesine müvafiq kompression corab/ kalgotka teyin edilir.скачать dle 11.1смотреть фильмы бесплатно