İDPM

Məqalələr / Varikoz

Varikoz xəstəliyi nədir?

Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünürlər. Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan “yüngül” al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyırlar.
Tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alaraq “ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə-ürəyə qaytarirlar.
Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalırlar. Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Əlbətdə ki, varikoz xəstəliyi heç də hamıda inkişaf etmir. Onun yaranmasına bir sıra faktorlar səbəb olur:
- İrsiyyət. Bu varikoz xəstəliyinin inkişafının əsas risk faktorlarından biri hesab olunur. Buna görə də əgər sizin yaxın qohumlarınız arasında varikoz xəstəliyindən əziyyət çəkənlər çoxdursa, siz, bu xəstəliyin profilaktikasına mütləq riayət etməli, onun ilkin əlamətləri baş verən kimi tez bir zamanda həkim-fleboloqa (venalar üzrə mütəxəssis) müraciət etməlisiniz.
- Qadın cinsinə mənsub olmaq. Varikoz xəstəliyi əsasən “qadınların” xəstəliyidir. Statistik məlumatlara əsasən bu xəstəlik qadınlarda kişilərə nisbən 3-4 dəfə artıq təsadüf edilir.
- Hamiləlik və doğuş. Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilk əlamətləri meydana çıxır. Hormonal fonda olan dəyişikliklər venaların tonusunun azalmasına səbəb olur. Ölçüsü artan uşaqlıq isə çanaq venalarını sıxdığı üçün aşağı ətraf venalarında təzyiqin artmasına səbəb olur. Doğuş zamanı qarın boşluğunda təzyiq xeyli artdığı üçün venalar daha çor gərginliyə məruz qalaraq güclü şəkildə genişlənirlər.
- Ağırlıq qaldırılması ilə əlaqədar olan işlər də əksər hallarda varikoz xəstəliyinin inkişaf etməsinə səbəb olur. Ağır fiziki işlə məşğul olanlarda və trenajor zallarında ağır fiziki hərəkətlər etməyə adət edənlərdə bu xəstəliyin baş vermə ehtimalı eyni dərəcədə olur.
- Uzun müddət ərzində ayaq üstə işləyənlər. Əgər sizin işiniz gün ərzində xeyli müddət ayaq üstə olmaqla əlaqədardırsa, sizdə varikoz xəstəliyinin “qazanılması” riski də xeyli yüksək olur. Ayaq üstə və oturaq vəziyyətdə olarkən aşağı ətraf venaları böyük gərginliyə məruz qalırlar.
- Hormonal dərmanların qəbul edilməsi. Bu risk faktoru da qadınlara aiddir. Çünki bu zaman söhbət qadın hormonlarına (estrogenlər və hestagenlər) aid olan preparatların qəbul edilməsindən gedir.
Əlbətdə ki, sadalanan faktorlardan ancaq birinin olması heç də sizdə varikoz venaların olacağı demək deyil. Ancaq istənilən halda varikozun profilaktikasını aparmaqdan imtina etmək lazım deyil. Ayaqlarınzda ağırlıq, ağrı, xoşagəlməz hissiyyatlar, damar torları kimi ilkin əlamətlər baş verdiyi halda, tez bir zamanda mütləq həkim-flebolaqa müraciət edin! Xəstəliyin profilaktikası və müalicəsi nə qədər tez başlansa, onun effektivliyi də bir o qədər artıq olar.
Saglamdunyaскачать dle 11.1смотреть фильмы бесплатно