İDPM

Məqalələr / Skleroterapiya

Skleroterapiya nədir?

Əvvəlki dövrlərdə varikozun müalicəsi yalnız cərrahi yolla, narkoz altında aparılırdı.Hazırda varikoz xəstəliyinin cərrahi yolla müalicə olunmasının yeni, az travmatik üsulları da işlənib hazırlanmışdır.Varikozun ən çox yayılmış müasir müalicə üsullarından biri – skleroterapiyadır. Bu üsul, kiçik dərialtı venaların genişlənməsi nəticəsində əmələ gələn, qırmızı və ya göy rəngdə olan, damar “torlarından” və “hörümçək torlarından” tam şəkildə qurtulmağa imkan verir.
Zədələnmiş kiçik venaya iynə vasitəsi ilə xüsusi maddə yeridilir. Bu maddə xəstə venanı daxildən sanki yapışdırır və nəticədə qan bu venaya daxil ola bilmir. Sonralar bu vena tamamilə sorularaq yox olur. Skleroterapiya prosedurasının özü çox vaxt aparmır. O, praktik olaraq ağrısız keçir və ambulator şəraitdə yerinə yetirilir. Proseduradan derhal sonra xəstə ayağa qalxıb evə gedir.
Kiçik venaların varikoz genəlməsinin praktiki olaraq bütün növləri zamanı skleroterapiyanın müxtəlif üsulları tətbiq edilir.скачать dle 11.1смотреть фильмы бесплатно