İDPM

Məqalələr / Diabetik ayaq

Diabetik ayaq yarası necə yaranır?

Diabet xəstələrinin yaşadığı ən əhəmiyyətli problemlərindən biri olan diabetik ayaq yarası (diabetik ayaqxorası / trofikiyara /sekeryarasi) ən əhəmiyyətli xəstəxanaya yatış, şikəstlik və əlillik səbəblərindən biri olaraq göstərilməkdədir. 
Düzənli nəzarət, doğru qorunma üsulları və sadə tədbirlər ilə önlənə bilən bir problem olan diabetik ayaq yaraları, təsirli şəkildə müalicə edilmədiyində xəstələr üçün illər boyu əziyyətli problemlərə səbəb ola bilər.
Xroniki bir xəstəlik olan və bir çox orqana mənfi təsir edən diabetin, ayaqlar üzərində iki əhəmiyyətli təsiri vardır. Bunlardan ilki olan sinir zədəsi hiss itkisinə da səbəb olur və diabetik neyropatiya olaraq adlandırılır. Diabet xəstələrində sinir zədələrinin meydana gəlməsi yara və ya infeksiyaya səbəb ola bilər. 
Hiss itkisi diabetik ayaq yarasının ən əhəmiyyətli səbəblərindən biridir.
Diabet xəstələri ayaqlarında ağrı, uyuşma,pambıq üstündə getmə hissi və ya möhkəm corab geymə hissi kimi əlamətlər müşahidə edirlərsə mütləq həkimə müraciət edilməlidir. Çünki hiss duyğusunun itməsi nəticəsində xəstə ayaqqabısının ayağını sıxıb sıxmadığını başa düşə bilməz. Xəstə hiss itkisi nəticəsində isti-soyuq kimi təsirləri də kifayət qədər qəbul edə bilmədiyi üçün ayağında istilik qaynaqlı zədəni başa düşə bilmir. Diabet xəstələrinin hər axşam hissizlik səbəbiylə ayaqlarında meydana gələ biləcək yaralara qarşı nizamlı göz nəzarəti etməsi təklif olunur.
Siqaret çəkilməsi diabetik yara riskini artırır.
Diabet xəstələrində adətən həm qan axınının zəifləməsi-angiopatiya, həm də sinir zədəsi bərabər inkişaf edir. Xüsusilə sinir zədələrinə bağlı hiss itkisi ağrı hissini azaldır. Xəstələr uyğun olmayan ayaqqabı istifadəsi kimi təkrarlayan zədələrə bağlı ağrıları hiss etmirlər. Yaranan toxuma travması, onsuz da qan dövranın zəif olması səbəbi ilə sürətlə iltihablanır. Yüksək qan şəkəri isə bu iltihabı və yara yaxşılaşmasını daha pis hala gətirir. Yaranan infeksiya sağalmasa zamanla toxuma nekrozu və qanqrenaya çevrilir və yara ətrafındakı dəri və toxumalar ölür. Bu bölgə qaralır və pis qoxulara səbəb olur. Xəstəliyin bu mərhələyə gəlməsi vəziyyətində qanqren yayılmasının dayandırılması üçün cərrahi müdaxilə ilə ayağın bir qisimi və ya hamısı kəsilmək məcburiyyətində qalına bilər. Buna amputasiya deyilir.скачать dle 11.1смотреть фильмы бесплатно