İDPM

Diabetik ayaq / Videolar

Diabetik pəncə

Bu şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu zamanı pəncələrdə xoralar/yaralar əmələ gəlir, yumşaq toxumalar, oynaqlar və sümüklər zədələnir.
Yaralar çox gec sağalır, onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu, qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.
Diabetik pəncə sindromunun səbəbi sinirlərin (neyropatiya) və ayaq damarlarının zədələnməsidir (angiopatiya). Bunun nəticəsində qidalanması pozulmuş dəridə müxtəlif gec sağalan zədələnmələr əmələ gəlir.
Diabet xəstəliyi zamanı xəstələrin ayaqlarında həssaslıq azalır, əzələ-bağ aparatında zədələnmələr və deformasiyalar inkişaf edir.
Diabet xəstəsi bu kimi zədələlənmələrə yol verməməlidir:
- ayaqlarda təsadüfi kəsiklər və sıyrıntılar;
- yanıqlardan sonra qabarcıqların əmələ gəlməsi;
- ayaqlarda və dırnaqlarda göbələk (xüsusilə barmaqlar arasında);
- dırnaqların dəriyə girməsi,
- pəncələrdə və barmaqlarda çatlar,qabarlar,
- göyərmələr və qançırlar.
Xəstə bilməlidir ki, hətta ən cüzi zədələnmə çətin və gec sağalan xoraya keçə bilər. Yaralar infeksiyalaşdıqda qanqrena inkişaf edə bilər. Bu halda isə yalnız amputasiya xəstəni ölümdən xilas edə bilər.
Diabet xəstələri ayaqlarına düzgün və müntəzəm qulluq etməlidir.
скачать dle 11.1смотреть фильмы бесплатно