Aşağı ətraf venalarının varikoz xəstəlikliyi

Miniflebektomiya

Miniflebektomiya

Miniflebektomiya üsulu – genişlənmiş damarların müalicəsi üçün minimal invaziv müalicə metodudur. Bu üsulla fleboloqlar, dəri üzərində açılmış xırda kəsik və ya dəliklərdən, genişlənmiş damarları aradan qaldırırlar.

Klassik flebektomiya üsulundan fərqli olaraq, bu cərrahi əməliyyat ambulator şəraitdə lokal anesteziya altında aparılaraq, nəticədə daha az kosmetik deffektlərə yol açır. Bəzən bu əməliyyatı ambulator flebektomiya adlandırırlar.
Ambulator flebektomiyanın keçirilməsi üçün göstəriciləri :

Varikoz damarları aradan qaldırmaq üçün miniflektomiyadan istifadə olunur. Bu əməliyyat bütün dəri altı damarları aradan qaldırmaq üçün deyil, yalnız varikoz düyünləri aradan qaldırmaq üçün istifadə edilir.

Ambulator flebektomiyanın keçirilməsi üçün göstərişlər :Flebektomiya köməyi ilə etmək olar :
Simptomsuz varikoz və retikulyar damarlar (damar toru, teleangioektaziyaBöyük varikoz düyünləri çoxları üçün çirkin göründüyünə görə, ayaqların görünüşünü yaxşılaşdırmaq
Simptomlu varikoz və retikulyar damarlarVarikoz damarları ilə əlaqəli ola bilən ağrı, spazm və ayaq əzələlərində yorğunluğu aradan qaldırmaq
Damarların varikoz genişlənmələrinin fəsadlarıVarikoz damarlarının ağırlaşması kimi inkişaf edə biləcək dəri problemlərini azaltmaq. Bunlara xronik ekzema, trofik xoralar, güclü dəri piqmentasiyası daxildir.

Tromboflebit riskinin azalması
Ambulator flebektomiyanın əks göstərişləri və məhdudiyyətləri :
Miniflebektomiya varikoz düyünləri aradan qaldırmaq üçün istifadə olunur, onun köməyi ilə bu xəstəliyin səbəbini – venoz çatışmamazlıq və səthi damarlarda yüksək təyziq - aradan qaldırmaq mümkün deyil. Buna görə miniflektektomiya tez-tez varikoz damarlarının digər müalicə üsulları ilə birgə istifadə olunur – radiofrekans və ya lazer ablasiya, səthi venaların skleroterapiyası. Ayağ alt hissəsində, topuqda və ya dizaltı nahiyyədə yerləşən varikoz düyünlərin əməliyyatının daha ehtiyatla aparılır. Bu nahiyələr travma üçün həssasdırlar, burada yerləşən damarları aradan qaldırmaq daha çətindir.

Miniflebektomiyanın əks göstərişləri bunlardır :
  • Əməliyyat sahəsində infeksiyon proses
  • Şiddətli periferik şişkinlik
  • Xəstənin ümumi sağlamlığında problemlər, məsələn, ürək-damar və ya tənəffüs sistemi xəstəliklərinin dekompensasiyası.
  • Məsələn, antikoaqulantlardan (varfarin, istifadə nəticəsində və ya bəzi xəstəliklərin olması səbəbi ilə zəif qan laxtalanması problemi ilə qarşılaşan xəstələr.
  • Venoz tromboz riskini yaradan yüksək qan laxtalanması
  • Dərin venaların trombozu
  • Hamiləlik
Əməliyyata hazırlıq :
Ambulator felektomiyadan öncə ultrasəs üsulları ilə venoz sistemin ətraflı müayinəsi lazımdır. Xəstənin ümumi sağlamlığını qiymətləndirmək üçün, minimal laborator və instrumental müayinə də aparılır. Həkimlər tərəfindən tez-tez tövsiyə olunan testlərə aşağıdakılar daxildir:
  • Qanın ümumi analizi
  • Sidiyin ümumi analizi
  • Koaquloqramma (qanın laxtalanma qabiliyyətini müəyyən etmək üçün)
  • Elektrokardioqrafiya
Miniflebektomiya üçün müvafiq hazırlıq qaydaları: 
  1. Əgər siz qan durulaşdıran preparatlardan (varfarin, plavix, ksarelto, brilinta, aspirin) istifadə edirsizsə bu haqda həkiminizə məlumat verməlisiz. Ola bilsin ki, əməliyyatdan 5-7 gün öncə bu preparatların qəbulunu dayanadırmaq məcburiyyətində olasınız.
  2. Hər hansı dərmanlara (xüsusilə də yerli anestetik preparatlara) qarşı alergik reaksiyanız varsa, həkiminizə bu haqda məlumat verməlisiniz.
  3. Bu cərrahiyyə proseduru ümumi anesteziya altında aparılmadığı üçün əməliyyatdan əvvəl səhər bir qədər yüngül yemək yeməyi məsləhətdir.
  4. Əməliyyat günü rahat geyim və ayaqqabılara üstünlük verin.
  5. Bəzən həkimlər xüsusi tövsiyələr verirlər - məsələn, əməliyyatdan öncə məlhəm və tablet tipli dərmanların istifadəsi. Bu təlimatları dəqiq şəkildə yerinə yetirməlisiniz.
  6. Əməliyyatdan sonra sizi evə aparmaları üçün qohum və ya dostla razılaşın. Miniflektomiya sonrası ağrı sindromu çox da hiss edilməməsinə baxmayaraq, sərbəst hərəkətə və sürücüyə bir az təsir edə bilər.
  7. Miniflebektomiyadan bir gün öncə, əməliyyat keçiriləcək sahənin artıq tüklərdən təmizləmək lazımdır.
  8. Əməliyyatdan əvvəl səhər duş alın.
  9. Əməliyyat günü cərrahiyyə sahəsinə hər hansı bir yağ, losyon, krem və ya məlhəm tətbiq etməyin.
Tətbiq olunmasının texnikası 
Miniflektomiya adətən ambulator şəraitdə aparılır. Minimal invazivliyə baxmayaraq, bu cərrahi müdaxilə ağırlaşmaları zamanı təcili yardım göstərmək üçün lazım olan bütün vasitələrlə təchiz edilmiş əməliyyat zallarında həyata keçirilir.
Əməliyyatdan öncə cərrahlar tez-tez brilliant abısı və ya bir marker ilə çıxarılası varikoz düyünləri işarələyirlər. Bu halda pasient ayaq üste durmalıdır ki, düyünlər tam bilinsin.
Əməliyyat yerində dəriyə antiseptik maddələr tətbiq olunur, sonra steril örtüklərlə örtülür. Daha sonra lokal anesteziya tətbiq olunur, sonra cərrahlar kiçik bir skalpel və ya qalın bir iynə ilə varikoz düyünlərin üzərində dəri kəsikləri və ya deşikləri edirlər. Xüsusi cərrahi qarmağın köməyi ilə həkimlər venanı ətrafdakı toxumalardan ayırıb və kəsiklərdən çıxarırlar. Sıxıcıdan istifadə edərək cərrah damarı onun üzərinə dolayıb, dəri altı toxumadan ayırır, sonra isə damarın hər iki tərəflərini birləşdirir. Miniflebektomiya ilə çıxarılacaq olan damarların uclarını bağlamırlar, əməliyyat zamanı və sonrasında sıxaraq qanaxma dayandırılır. Bir varikoz düyün çıxarılandan sonra, başqasına keçirlər.Əksər hallarda, cərrahların varikoz damarlarını aradan qaldırmaq üçün dəridə olan kiçik kəsiklərin və ya dəliklərin tikilməsinə ehtiyac olmur. Təcrübəli bir damar cərrahı 1-2 saat ərzində hər iki ayaqda miniflebektomiya əməliyyatı həyata keçirir. Əməliyyatın sonunda ayağı qan qalıqlarından təmizlərib, kəsik və ya dəlikli sahələrinə steril bir sarğı qoyulur. Bundan sonra ayağı elastik bir sarğı ilə bandajlayırlar ki, bu da toxumaların kifayət qədər sıxılmasını təmin edir və mümkün qanaxmanın qarşısını alır.

Əməliyyat sonrası dövr. Bu hisseye tezeden baxmaq lazimdir++++
Miniflektomiya ambulator şəraitdə aparıldığı təqdirdə belə, təxminən 2 saat xəstəxanada qalmaq məcburiyyətində qalacaqsınız, bundan sonra evə gedə bilərsiniz. Əməliyyat sonrası dövrdə həkiminizin tövsiyələrini və tibbi müayinələri qrafikə uyğun olaraq yerinə yetirməlisiniz.

Əməliyyatdan sonra fiziki aktivlik:
  • Əməliyyat günündə bir az gəzməyə başlamaq vacibdir. Bunu etmək üçün hər saat ən azı 5 dəqiqə ayaq üstə qalmaq lazımdır. İkinci gündə, qısa gəzintilərə 15 dəqiqə 2-3 dəfə çıxın. Bu dərin vena trombozu riskini azaldır və ayaqlarda qan axını yaxşılaşdırmağa kömək edəcək.
  • İlk 48 saatda, bandaj ayağınızda olaraq, ayaqlarını gündə ən az 3-4 dəfə oturan və ya üfiqi halda qaldırın.Əməliyyatdan sonra uzun müddət ayaq üstə dayanarsanız, bu şişkinlik və diskomfort hissinə səbəb ola bilər.
  • Yaxın bir neçə gün ərzində tədricən gündəlik fəaliyyətlərə qayıdın.
  • Əməliyyatdan 4-5 gün sonra, siz yenidən aerobik məşqlərə davam edə bilərsiniz (gəzinti, qaçış, yoqa, pilates).
  • Bir həftə sonra təyyarə ilə uça və uzun səfərlərə (2 saatdan çox) çıxa bilərsiniz.
Əməliyyatdan sonra sarğı və yaralara qulluq qaydaları:
  • İlk 48 saat ərzində, bandaj çıxarılmamalı və su ilə təmasda olmamalıdır. Əgər sarğı cox sıx olarsa, ayaqınızı qaldırın ki, şikinlik yaranmasın. Diskomfort hissi keçməzsə həkimlə əlaqə saxlayın.
  • 48 saat sonra sarğını çıxarıb, duş qəbul etmək olar.
  • Əməliyyatdan sonra 2 həftə ərzində kompression corablardan istifadə etmək lazımdır və onları ancaq yatarkən çıxara bilərsiniz.
  • Əməliyyatda sonra 2 həftə ərzində prosedur keçirilən ayağa vanna etmek olmaz, yalnız duş qəbul edə bilərsiniz.
Əməliyyat sonrası yarana biləcək problemlər :
  • Əməliyyatdan sonra göyərmələr və diskomfort hissi yarana bilər – bu adi haldı. Onlar 3-4 həftəyə tam yox olacaqlar.
  • Ağrıları aradan qaldırmaq üçün ibuprofen kimi ağrı kəsəci dərmanı istifadə edə bilərsiniz. Bu dərmanı qəbulunu iltihabı azaltmaq üçün əməliyyatdan sonra 5-7 gün ərzində davam etdirin.
  • Adətən miniflebektomiya zamanı dəriyə tikiş qoyulmur, kəsiklər və deşiklər 2 həftə ərzində tam sağalırlar.
  • Əməliyyatdan sonra toxunanda bəzi bərkimələr hiss edə bilərsiniz. Narahat olmayın, onlar miniflebektomiyadan sonra xəstələrin üçdə birində yarana bilər. Bunlar təhlükəli olmayan və zamanla yox olan səthi qan trombları ilə olan qalıq damarların seqmentləridir. Bu hissəni masaj edin və gündə bir neçə dəfə isti kompres tətbiq edin. Bu bərkimələr ağrı verərsə 1-2 həftə ibuprofen qəbul edin.
  • Əgər sarğının altında qan sızması görsəniz, həmin hissəni 2 barmaqınızla sıxın və uzanıqlı vəziyyətdə ayaqınızı qaldırın. Qanaxma davam edərsə, həkiminiz ilə əlaqə saxlanın və ya təcili yardım çağırın.
  • Əgər qanaxma, qızdırma, yoluxucu törəmə əlamətləri və ya hər hansı digər problemlər varsa, həkiminizə və ya yaxın təcili yardım mərkəzinə müraciət edin.
Miniflebektomiya proqnozu və nəticələri
Miniflektomiya göstərişlərə uyğun düzgün olaraq həyata keçirildikdə, bu əməliyyatın uzunmüddətli yaxşı nəticələri olacaq. Bu cərrahi müdaxilənin müvəffəqiyyət dərəcəsi 90% və ya daha çoxdur. Belə yaxşı nəticələr miniflebektomiyadan əvvəl venoz çatışmamazlıqların aradan qaldırılması ilə bağlıdır. İlk olaraq böyük və kiçik səthi dəri altı venaların radio tezlikli və ya lazer ablasiyasını yerinə yetirilməsi sonra miniflebektomiyanın tətbiqi geniş yayılmışdır.
Hər hansı bir başqa xəstəlikdə olduğu kimi də, bu xəstəlik də yenidən yarana bilər, əsas da bu xəstəliyə genetik meyilliliyi olanlarda.