Aşağı ətraf venalarının varikoz xəstəlikliyi

Skleroterapiya

Skleroterapiya

Aşağı ətraf damarlarının skleroterapiyası 
"İnnovativ Vaskulyar və Podolqiya Mərkəzi" sizə yenilikçi və minimal invaziv metodlardan istifadə edərək varikoz damarlarının müalicəsini təklif edir. Onlardan biri – aşağı ətrafların skleroterapiyasıdır, hansı ki xəstəliyi aradan qaldırmaq və onun mümkün nəticələri haqda məlumat almağa imkan verəcəkdir.
Damarların varikoz genişlənməsi, dəmək olar ki, hər ikinci şəxsin qarşılaşdığı problemlərdən biridir. Bundan əlavə, bu xəstəlik diskomfort hissi yaradıb xəstənin yaşam keyfiyyətini azaldır, şiddətli və bəzən də faciəli törəmələrlə nəticələnə bilir. Bu onun müalicəsini daha bir prioritet hala salır.

Ayaq skleroterapiyası: Konsultasiya  üçün göstəricilər
Damarların varikoz genişlənməsinin mütləqi şəkildə aşağı ətrafların dəri altı damarlarında və düyünlərdə olacağını düşünmək yanlışdır. Bu simptomlar, varikozun gec aşkar olunan simtptomları olub, xəstəliyin bir ildən artıqdır mövcud olduğunu bildirirlər.
Xəstəliyin görünən əlamətlərinə əlavə olaraq, venoz axınının pozulmasını göstərən "gizli" simptomlara da diqqət yetirməlisiniz: 
  • Ayaqlarda ağrı və ağırlıq hissi (daha çox axşam radələrində, uzun müddət ayaq üstə və ya oturuqlu zaman keçirdikdən sonra baş verir)
  • Baldır və topuq nahiyələrində şişkinlik
  • A
  • Ayaq dərisinin quru olması
Mərkəzimizin mütəxəssisləri, sadalanan simptomların yalnız birindən belə narahat olduqda həkimə müraciyyət etməyi məsləhət görürlər: Damarların varikoz genişlənməsi olduqca ciddidir və bunları zamana buraxmaq olmaz.

İlkin araşdırmanın mərhələləri :
Aşağı ətrafların damarlarının vəziyyəti haqqında ətraflı məlumat əldə etmək üçün fleboloq ilə görüş təyin edilir. Konsultasiya zamanı həkim anamnezi (xəstəliyin səbəblərini müəyyənləşdirməyə kömək edən və onun necə inkişaf edəcəyini haqda bütün məlumatları) toplayır və sonra diaqnoz təyin edir.
Müalicə yalnız müayinənin nəticələrinə əsasən təyin edilir - bu, həkimə verilən klinik vəziyyətə ən uyğun olan fərdi terapiya proqramını tərtib etməyə imkan verir.

Bu üsülün mahiyyəti :
Skleroterapiya – damar ulduzlarının və varikoz genişlənmiş damarların daxilinə dərman vasitələrinin (sklerozantların) tətbiq olunması prossesidir, hansı ki xəstə damarların “möhürlənməsinə”  və gələcək zamanda tamamilə yox olmasına səbəb olur. Preparatın daha dərində yerləşən bir damara tətbiq edilməsində, manipulyasiya ultrasəs nəzarətində həyata keçirilir (eko-nəzarətli skleroterapiya).
Damarların diametrindən asılı olaraq, sklerozant məhlul və ya mikro-köpük şəklində ("köpük skleroterapiyası") ola bilər.
Köpük, preparatın həcmini artırır, hansı ki, aktiv maddələrin eyni miqdarda olduğu halda ilkin məhlulun həcmindən artıq olur.Beləliklə, damar skleroterapiyasının effektivliyi artırır və törəmələrin yaranma riski azalır.
Dozanın həddindən artıq olmasının qarşısını almaq və istənməyən təsirləri aradan qaldırmaq üçün, aşağı ətrafların damarlarının skleroterapiyası adətən bir neçə mərhələdə aparılır. Bir seans zamanı 3-dən 15-20-ə qədər inyeksiya aparılır (varikoz damarların müalicəsi zamanı - daha az, ulduz damarlarının müalicəsində - daha çox). Bir qayda olaraq, 7 gün aralığında 1-4 prosedur tələb olunur.
Skleroterapiyanı, ağrısız birdəfəlik nazik iynələr ilə inyeksiya edilən peyvəndlər ilə müqasiyyə etmək olar. Manipulasiyadan dərhal sonra elastik bir bint ilə bandajlanma tələb olunur.
Binti 24 saat sonra çıxarıb, ayaqları orta temperaturda su ilə yuyub, qurulayıb yenidən bandajlamaq lazımdır. Bütün həftə, müalicələr arasındakı intervalda, gündə bir dəfə kompressiya edilməlidir. Bütün əməliyyat prosedurlarını həyata keçirdikdən sonra - damar cərrahınız tərəfindən təyin olunduğu kimi 4-6 aylıq gündəlik kompressiyanı tətbiq etmək  lazımdır. Gündəlik yarım saatlıq yürüşlər də yerinə yetirilməlidir. Bunlardan başqa, həyatın adi ritmi qorunur. Fiziki fəaliyyətə və iş fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. 
Skleroterapiyadan bir həftə sonra, xəstə müayinə edilir və müalicəni davam etdirmək və ya dayandırmaq istəməsi barədə sual verilir. Nəticədə manipulyasiyadan dərhal sonra görünə bilər. Müəyyən bir müddətdə, inyeksiya olunmuş sahələrdə ("göyərmələr") kiçik piqmentasiya sahələri qala bilər. 

Bu üsulun üstünlükləri :
Skleroterapiya müayinəsi haqda mülahizələri flebologiyaya aid müxtəlif saytlarda tapmaq olar. 
Skleroterapiyanın əsas üstünlüyü uzun müddət qalan yaxşı bir terapevtik və kosmetik nəticədir (bəzi hallarda ömürlük).
Skleroterapiyada mühim olan prosedurun kəsiksiz keçirilməsidir – bütün manipulyasiyalar incə iynə ilə dəriyə inyeksiya edilməklə keçirilir. Bu prosedurun təhlükəsizliyini və zədəsiz keçməsini təmin edir. Bu prosedur haqda rəylər, skleroterapiya yalnız varikoz genişlənmiş damarların silinməsi baş verir, sağlam hissələr qorunur.
Bundan əlavə, xəstələr skleroterapiya sonrası qan axınının stabilləşməsi, şişkinliklər, ayaqlarda ağrılar aradan qalxdıqını və s. qeyd edirlər. 

Skleroterapiya nə zaman istifadə olunmalıdır ?
Skleroterapiyanın köməyinə aşağıdakı problemlər yaranarsa müraciət edə bilərsiniz: 
  • Aşağı ətrafların damarlarının varikoz genişlənməsində, əsasən ilkin mərhələdə
  • Uzlduzvari damarlar
  • Damar toru
  • Babasil 
Üzdə skleroterapiya etmək tövsiyə edilmir. 
Skleroterapiya ilə əlaqədar yan təsirlər: 
Təcrübə göstərir ki, xəstələr ümumiyyətlə skleroterapiyadan  razıdırlar, amma bəzən yan təsirlər yarana bilərlər.
Xoşbəxtlikdən, çoxlarının qısa, müvəqqəti təsiri var.
Bunlar ola bilərlər : 
  • tətbiq olunan dərmana allergik reaksiya (buna görə də, bədəninizin fərdi xüsusiyyətləri barədə əvvəlcədən həkimə məlumat vermək lazımdır)
  • preparat tətbiq olunandan sonra böyük damarların müvəqqəti genişlənməsi
  • ayaqların dərisində qara ləkə və ya zolaqların meydana gəlməsi.
Aşağı ətrafların skleroterapiyası zamanı əks-göstəricilər :
Skleroterapiya prosedurunun keçirilməsi üçün bəzi əks göstəricilər var (hamiləlik, şəkərli diabet, laktasiya, yüksək təyziq,sklerozanta qarşı alerqik reaksiya və s)  hansıları ki konsultasiya zamanı hekim-fleboloq sizə deyəcək