Xroniki yaralar

İşemik yaraların diaqnostikası və müalicəsi

İşemik yaraların diaqnostikası və müalicəsi

İşemik trofik xoralar – ayaqlarda qan dövranının pozulması səbəbi ilə yaranan, sağalma prosesinin az inkişaf etdiyi və ya olmayan yerdə, dəri və ya yumuşaq toxumalarda yaralardır.
Əgər trofik xoralar bud nahiyəsində və ya ayaqların altında yaranarsa, bu qan dövranının kritik vəziyyətdə olduğu haqda məlumat verir.
Belə xoraların inkişafı qanqren və ayaqın amputasiyası ilə nəticələnə bilər. İşemik xoralar adətən ayaq barmaqlarında, topuğ ətrafında, ayaq barmaqlarının yan tərəflərində yaranır, hansılarki bir birilərinə toxunaraq xoralara infeksiya salıb vəziyyəti dahada kəskin hala salırlar.

Səbəblər :
İşemik xoralar adətən obliterasiya olunmuş ateroskleroz nəticəsində əmələ gəlir. Şəkərli diabet xəstəliyində əziyyət çəkən insanlar daha çox risk altındadılar. Travmalar, arterial fibrilyasiya, damarlarda trombların əmələ gəlməsi arterialarda qan axınının pozulmasına şərait yaradır. Bəzən bunlar aorta və ya başqa ayaq arteriyalarının anevrizması zamanı yaranırlar. Yaranma səbəbləri şəkərli diabet, düyünlü periartrit, xoralı kolit, revmatoloji vaskulit və digər patologiyalar ola bilər. Trofik xoraların əmələ gəlmə səbəbi, stafiokkok, streptorkkok təbiətli infeksion xəstəliklər, vərəm və sibir xorası da ola bilər.

Simptomlar : 
İşemik xoraların xarakterik əlamətləri vardır:
  • Çox ağrılı, bəzən hereketsiz halda belə ağrı hissi yaranır.
  • Aydın sərhədləri olan dik kənarları var
  • Ayaq barmaqlarında və ayaqların alt hissəsində lokallaşırlar.
  • Fasiləli ağsamağa səbəb olur
  • Periferik arterial pulsasiya zəif və ya təyin olunmayandır
  • Toxunma zamanı ayaq soyuqdur
  • Bu sahədə dəri qaralır
  • Kapilyarların dolu zamanı daha çoxdur
  • Xora vətərə gədər çata bilərlər, hansınıki xoranın dibində görmək olar
Diaqnostika :
Xəstəliyin daha dəqiq təyin olunması üçün, Fleboqrafiya və Dopler müayinə keçirilir.

İşemik xoraların müalicəsi :
Müalicə arterial qan dövranının yaxşılaşdırılmasına, ağrının aradan qaldırılmasına,
etioloji amillərin aradan qaldırılması və yoluxucu infeksiyaların müalicəsinə yönəldilir . Əgər qan dövranı yaxşılaşdıqdan sonra venoz çatışmazlıq davam edirsə, bu halda kompression terapiya təyin edilir. Əgər xora nəmlənirsə, bu yaş qanqrenin inkişafına səbəb olur, hansı ki amputasiya tələb edir. 
Xəstə yaraların inkişafını sürətləndirən pis vərdişlərdən imtina etməlidir.
Müalicə olunan ərazidə qan dövranını yaxşılaşdırmaq səbəbi ilə, müalicədə damar üçün dərmanlardan istifadə edirlər.
Bunun üçün vazoprostan və digər anoloji dərmənlar istifadə olunur.
İşemik xoranın müalicəsi ilə cərrah məşğul olmalıdır. Həkim, xəstəliyin şiddət səviyyəsini təyin edir və vətəri qurumadan qorumaq üçün vəsulanmanın qarşısını alacaq bir əməliyyatın nə dərəcədə mümkün olub-olmadığını qiymətləndirir. Qan axının bərpa edən ən effektiv müalicə - əməliyyatdır. Aterosklerozla mübarizə və ayağın qidalanma proseslərini yaxşılaşdırmaq üçün dəstəkləyici terapiya da aparılır. Müalicə edilməzsə, gangren inkişaf edə bilər. Bu toxumalarda inkişaf edən, nevrozun bir növüdür. Bu hallarda onlar qara və yə tünd qəhvəyi rəngə boyanırlar. Toxumlar çürüməyə başlayır və bütün bədəni zəhərləyirlər, və bu amputasiya nəticələnir.