Xroniki yaralar

Venoz yaraların diaqnostikası və müalicəsi

Venoz yaraların diaqnostikası və müalicəsi

Venoz trofik xora – bu həm səthi, həm də dərin damarlarda venoz axınının ciddi pozuntuları ilə nəticələnən dərin, uzunmüddət sağalmayan, toxumalarının qüsurudur. Bir qayda olaraq, trofik xora varikoz damarlarının son mərhələlərində və ya dərin ven tromboflebitinin nəticəsində meydana gəlir. 20%-dən çox müxtəlif damar xəstəliklərindən əziyyət çəkən insanlarda trofik xoralara rast gəlmək olar. Ən çox trofik pozulmalar,ayaqların baldır və pəncə toxumalarında baş verir - bu, alt ətraflarda qan axınının başlanğıcda bir qədər çətin olduğundan, damarların yükü bədənin digər hissələrindən daha çoxdur və buna görə də ilk növbədə təsir edilir.

Trofik pozuntular daha çox ayaqların alt və baldır hissəsinin toxumalarında əmələ gəlir. Aşağı ətraflardan qan axınının bir gədər çətin olmağı, və damarların yükü bədənin digər hissələrindən daha çox olması ilk növbədə ayaqların alt və baldır hissələrinə təsir edilir.
Toxumaların trofiki pozuntularının görünən simptomları – hipostatik dermatit (əsəs simptomları – hiperkeretoz və zədələnmiş hissədə qaşıntı), qəhvəyi hemosideroz, hemosiderin yumşaq toxumalarında yığılması nəticəsində yaranan – hemoqlobinin parçalanması zamanı əmələ gələn məhsulu, ağ dəri atrofiyası (xora öncəsi vəziyyət) , venoz trofik xora.

Venoz trofik xoraların uzun müddətli davamlığı həyət keyfiyyətini və işləmək qabiliyyətini azaldır,buna görə də effektiv mülicə keçmək mütləqdir.
Bu vəziyyətdə konservativ müalicə terapevtik metodlardan ibarət bir kompleksdir:
* Kompressiyon terapiya ( venoz xəstəliklər və onların törəmələri zamanı ən effektiv müalicə üsulu)
* Fiziki müalicə üsulları (yuyulma, sorbsiyon və interaktiv sarğılar)
* Sistemli şəkildə təyin olunmuş dərmanlar

Venoz trofik xoralar ın ən effektiv müalicə üsulu cərahhi müdaxilədir, yəni ölü və ya cansız toxumaları aradan qaldırılması üçün yaralı sahənin götürülməsi. Bununla belə, trofik xoraların müalicəsində cərrahi müdaxilə yalnız müvəqqəti təsir göstərə bilər, öncə venoz qan axınında kı problemi həll etmək lazımdır. Bu vəziyyətdə xoraları asanlıqla konservativ üsulla müalicə etmək olar - kompressiya və lokal terapiya.

Kompressiyon terapiya
Elastik kompressiya venoz qan axını hətta əməliyyat olmadan normallaşdıra bilər (əgər kompressiyon müalicəsi vaxtında başlanılarsa) . Müvəffəqiyyətli kompressiyon müalicəsi ilə trofik xoraların bağlanması və xəstəliyin təkrarlanmasının qarşısının alınması cərrahiyyə müdaxiləsi olmadan baş verəcəkdir. Trofik xoranın təbiətindən asılı olaraq, kompressiyon müalicənin planı seçilir. Trofik xoraların sağalmasında ən böyük əhəmiyyət, kompressiya ilə birgə sarğılarında istifadəsi daşıyır, hansıların ki, yaraların təmizlənməsində və bərpasında mühüm rolları var. Xüsusi ilə şişkinliklər olduğu zaman, trofik xoraların müalicəsinə komprssiyon sarğıların köməyi ilə başlamaq lazımdır, amma tibbi trikotajdan olmayan sarğılar olması şərti ilə.